Avtomobil partladı - 42 ölü

11.08.2015 10:04     Sosreaksiya     1282

Şərqi İraqda baş vermiş iki müxtəlif bombalı avtomobil partlayışında 42 nəfər həyatını itirib.

Reaksiya.az xəbər verir ki, birinci bombalı avtomobil Bağdadın şimal-şərqində yerləşən Baquba şəhərinin yaxınlığında bazarda partlayıb. Nəticədə 35 nəfər ölüb, azı 70 nəfər yaralanıb.

İkinci avtomobil isə şəhərin şərqində keçid məntəqəsində partlayaraq azı 7 nəfərin ölümünə və təxminən 25 nəfərin yaralanmasına səbəb olub.

Baquba şəhərində ötən il İslam Dövləti qruplaşması və hakimiyyət yönümlü hərbçilər arasında şiddətli döyüşlər gedib.

Hökumət qüvvələri şəhəri nəzarətə götürməyə müvəffəq olub, lakin yaraqlılarla toqquşmalar Diyalə əyaləti üzrə davam edir. Ötən ay İD qruplaşması əyalətdə izdihamlı bazarda partlayış törədib və müqəddəs Ramazan bayramını qeyd etmək üçün bir yerə toplaşan 115 nəfər həlak olub.

Dünən baş vermiş partlayışlara görə, qruplaşma məsuliyyəti öz üzərinə götürməsə də, hücumun digər partlayışlarla eyni əlamətlərə sahib olduğu iddia edilir.

Diyalə Əyalətində və Baquba ətrafında təhlükəsizlik xüsusilə gücləndirilib.

Şərhlər

Çox oxunanlar