Tanınmış modelyerin məhkəmədə ürəyi getdi
21.11.2018 13:56 Sosreaksiya 775
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Leyla Əhmədovaya qarşı cinayət törətməkdə təqsirləndirilən Nizami Ağayev, Azər Lütfəliyev və Ceyhun Eyvazovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Oxu.Az xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə zərərçəkmiş L.Əhmədovanın vəkili vəsatət qaldıraraq, N.Ağayevlə A.Lütfəliyevin də barəsində həbs-qətimkan tədbirinin seçilməsini və onların məhkəmə zalında həbs edilməsini istəyib.
Vəsatətlərə münasibət bildirən L.Əhmədova ağlayaraq, N.Ağayevin C.Eyvazovu onun üstünə göndərdiyini deyib.
L.Əhmədova çıxış edən zaman onun ürəyi gedib. İcra məmuru Nuru Müzəffərov ona yardım edib, zərərçəkmiş şəxs özünə gəlib.
Məhkəmə vəsatətləri təmin etməyib. Məhkəmənin baxış iclası dekabrın 3-nə təyin edilib.
Qeyd edək ki, iş üzrə modelyerə dəymiş ziyan 100 min manatdan çoxdur.
Şərhlər