Kapital Bank yeni şəxsiyyət vəsiqələrini qəbul etmir
21.11.2018 14:03 Sosreaksiya 783
Dörd ay olacaq ki, Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrinin verilməsinə başlanılıb, amma hələ də Kapital Bankın sistemi ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsini "qəbul etmir".
Reaksiya.az xəbər verir ki, bu barədə öz feysbuk səhifəsində yazan "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyinin sədri Zaur Qəriboğlu qeyd edib ki; "Diğər banklarda bu problem aradan qaldırılsa da Kapital Bankda hələ ki, heç bir irəliləyiş yoxdur. O, bildirib ki, şəxsən mənim Kapital Banka bir aydan çoxdur ki, 4 dəfə poçt vasitəsiylə, 8 dəfə online, 12 dəfə 196 Müştəri xidmətlərinə müraciət etməyimə baxmayaraq heç bir nəticə yoxdur, hələ də problem aradan qaldırılmayıb. Bank: "Yeni nəsil şəxsiyyət vəsiqələrini sistemimiz qəbul etmir" deyərək, yola verir. Bəs, hanı sizin texniki heyətiniz ki, dörd ay içində bu problemi həll etməmisiniz və nə zaman düzələcəyini də bilmirsiniz?! "
Ümumiyyətlə, Azərbaycanda bütün xidmət sahələrində olduğu kimi bank sistemində də, xüsusilə, Kapital Bank da müştərilərə xidmət çox aşağı səviyyədədir. Müştərilərlə kobud davranılır, müraciətlərə baxılmır. Yəni, dünyanın hər yerində müştəri məmnuniyyəti əsas götürülsə də Azərbaycanda, xüsusilə Kapital Bankda müştəri məmnuniyyətinə diqqət yetirilmir.
(Qarşı tərəfin mövqeyini də verməyə hazırıq.)
Şərhlər