Ən dağıdıcı raket Azərbaycanda - Belaruslu ekspertdən şok açıqlama
22.11.2018 19:33 Sosreaksiya 947
Belarus Sovet istehsalı olan zenit-raket sistemlərini Azərbaycan üçün modernləşdirib. “C-125”, “C-200” ve Buki” sistemləri “Buk-MB” səviyyəsində komplektləşdirilib.
Bu iddia ilə belaruslu hərbi ekspert Aleksandr Alesin deyib.
Ekspertin sözlərinə görə, Belarus hazırda “Peçora-2BM” kompleksinin modern versiyası olan “Alerbard” hava hücumundan müdafiə sisteminin Azərbaycana satışını müzakirə edir.
Alesin “Alaberd”in hibrid silah olduğunu qeyd edir və bunu Rusiya istehsalı “S-300” zenit-raket sistemləri ilə müqayisə edir:
“Bu sistem Azərbaycanın tələblərinə görə uyğunlaşdırıla bilər”.
Ekspert “Alaberd”in Ermənistan ordusunun arsenalına daxil edilmiş “S-300” raketlərindən daha modern və dağıdıcı olduğunu iddia edir.
Şərhlər