İzmirdə silahlı hücum: 5 yaralı

11.08.2015 10:57     Sosreaksiya     1411

İzmir şəhərinin Ödəmiş rayonunda, aralarında ədavət olduğu iddia edilən iki ailə arasında baş verən hadisədə 5 nəfər yaralanıb.

Reaksiya.az xəbər verir ki, Bucak məhəlləsinin Gedikdüzü meydanında 20 yaşlı Uğur Karaya zərbə vuran şəxslər, daha sonra Karanın atası 45 yaşlı Hüseyn Əli Karanı axtararaq oğlunun yol qəzası keçirdiyini deyib.

Hadisə yerinə gələn ata Kara ilə 18 yaşlı Onur Kara, 26 yaşlı İsmayıl Kabak və 31 yaşlı Doğukan Appak  bu insanların silahlı hücumuna məruz qalıb.

Yaralanan 4 nəfər sanitar maşınlarla Ödəmiş Dövlət Xəstəxanasına qaldırılıb.

Vəziyyəti ağır olan Onur Kara Doqquz Sentyabr Universiteti tibb fakültəsinin xəstəxanasına sövq edilib.

 Hadisə ilə bağlı 3 nəfər saxlanılıb.

Şərhlər

Çox oxunanlar