İzmirdə Azərbaycan Cümhuriyyətinin 100-cü ildönümünə dair tədbir keçirilib
03.12.2018 18:43 Sosreaksiya 833
İzmir Azərbaycan Qadınları Kültür Mərkəzi Dərnəyi Azərbaycan Cumhuriyyətinin 100 il dönümüylə bağlı anım tədbiri keçirib. 300 nəfərin qatıldığı tədbirdə İzmirlə yanaşı Balıkəsir, Manisa, Bursa ve digər rayonlardan da qonaqlar vardır. MHP, AKP, CHP, və İyi Partiyanın idarəçilərinin qatıldığı tədbirdə Qeyri-hökümət təşkilatlarının numayendeleri də iştirak edirdi.
Tədbirdə çıxış edən dərnək sədri Cəvahir Əhmədova bu özəl gündə Azərbaycanın yanında olub, Mustafa Kamal Atatürkün "Azərbaycanın dərdi dərdimiz, kədəri kədərimizdir" sözüylə yola çıxan hər kəsə təşəkkür etdi. O öz çıxışında Azərbaycan və Türkiyənin hər zaman bir olduğunu, ilk müstəqillik dönəmlərində də, 1991 ci ildə yenidən müstəqilliyi bərpa etdikdən sonrada Türkiyənin Azərbaycanın yanında olduğuna toxundu.
C. Əhmədova bu gün müstəqil Azərbaycanla yanaşı Türkiyə sərhədləri olan, her iki dövlətin sərhədlərinin keşiyində duran əsgərləridə unutmadı. "Bu gün burda rahatca anma tədbirləri keçririksə o əsgərlərin sayəsində edirik. Bizlər onlara çox şey borcluyuq. Bir ölkenin müstəqilliyini elan etmək qədər onu qoruyub saxlamaqda lazımdır. Ve bu işində ən çətin tərəfi əsgərlərimizin üzerinə düşür" deyən dərnək sədri bütün əsgərlərə salam göndərərək, Vətən uğrunda şəhid ve qazi olanlarıda unutmadı. Onların ailələrinə özəl olaraq təşəkkür etdi.
C.Əhmədova 1918 ci ildə Şərqdə ilk qurulan Azərbaycan Demokratik Respublikasının qurucuları Məhəmməd Əmin Resulzadə, Əli bəy Hüseynzadə, Cəmşid Naxçıvanski və digər mübarizləri də xatırlayaraq onların keçdiyi çətin həyatlarını anaraq, hər birinin ruhu qarşısında borclu olduğumuzu qeyd etdi. O Azərbaycanın rus ordusu tərəfindən işğal edildikden sonra milli azadlıq liderlərinin bir qisminin Türkiyəyə sığındığını, Atatürk tərəfindən onların layiqincə dəyərləndirildiklərini, bu gün İstanbuldakı "Feriköy" məzarlığında yan yana uyuyan o böyüklərimizin məzarlarının da bunu gösterdiyini xatırlatdı. Bir kərə yüksələn bayraq, bir daha enməz deyən Rəsulzadənin fikirlərini özünə bayraq edib həyatı boyu mücadilə edən Əbülfəz Elçibəy və silah yoldaşlarını hörmətlə anan xanım sədr 1991-ci ildə Azərbaycanın müstəqilliyini elan etdiyini, bundan sonra Azərbaycanın üzərində böyük dövlətlərin oynadığı oyunlara da diqqət çəkərək, 1993- cü ildə ölkənin müstəqilliyinin yenidən təhlükəylə üz-üzə qaldığını, o çətin günlərdə Heydər Əliyevin uzun bir aradan sonra siyasətə qayıdaraq ölkəni xilas etdiyinidə bildirdi. "Bizlər bəzi şəyləri unuda, yada görmək istəməyə bilərik. Amma tarix nankor deyil. 100 il öncə olanları yazıb bizlərə çatdırdığı kimi, 100 il sonra ikinci müstəqillik dönəmimizdə olanları da yazıb xalqa çatdıracaq. Bu gün Azərbaycanın yenidən var olmasında əməyi olan Rəsulzadenidə, Elçibəyidə, Heydər Əliyevidə, bu uğurda verdiyimiz on minlərlə şəhidlərimizidə sayğıyla anıram. Allah hamısına rəhmət etsin.
Tədbirdə çıxış edən jurnalist Nigar Ögeday da tarixə kiçik bir səyahet edərək bu günü bizlərə ərmağan edən liderləri sayğıyla andı.
Rəsmi hissədən sonra bayram havasına keçən tədbiri tanınmış sənətçilər milli musiqilərimizlə zənginləşdirdi.
Şərhlər