Bakıda havanı zəhərləyən vəzifəli şəxs cəzalandırıldı
04.12.2018 12:42 Sosreaksiya 807
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, C.Xəndan küçəsində fəaliyyət göstərən metalkəsmə sexindən, atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət əsasında nazirliyin əməkdaşları tərəfindən monitorinq keçirilib.
Nazirlikdən verilən məlumata görə, atmosfer havasından nümunələr götürülüb və analiz aparılıb.
Analizin nəticələrinə görə, havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.
Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə İ.Ağayevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.
Şərhlər