Hansı məşhurlar oruc tutacaq? - SORĞU

05.06.2015 12:46     Sosreaksiya     1524

Qarşıdan müqədəs Ramazan ayı gəlir. Biz də “Reaksiya.az” komandası olaraq məşhurların oruc tutub tutmayacaqları ilə bağlı sorğu keçirdik. İlk olaraq Akademik milli dram teatrının aktyoru əməkdar artist Aslan Şirinlə əlaaə saxladıq. Aslan bəy bildirdi ki, Allah qoysa səhhəti imkan versə, işim maneə törətməsə oruc tutacaq..

Növbəti əlaqə saxladığımiz məşhur produser Ataş Hüseynov oldu. Namiq Qaraçuxurlunun produseri olan Ataş bəy isə “inşallah, Allah qismət eləsə” - deyərək fikrini bitirdi.  Növbəti əlaqə saxladığımız şəxs illərin jurnalisti Flora Xəlilzadə oldu. Flora xanımın sözlərinə görə 1994 - cü ildən bəri hər Ramazan oruc tutur. Yalnız arada bir dəfə Flora xanım əməliyyat keçirdiyi üçün oruc tutmayıb. İnşallah, bu ildə Flora xanımın oruc tutmaq niyyəti var. “Xəzər tv” - nin  və “Burc Fm” radiosunun aparıcısı Azər Abdullayev sadəcə “inşallah - dedi və qeyri - müəyyən fikrini yekunlaşdırıb. Növbəti əlaqə saxladığım şəxs isə Baki Bələdiyyə Teatrının aktrisası, əməkdar artist Hüsniyyə Mürvətova oldu. Hüsniyyə xanım bunları dedi: “Təəssüf ki, yox.  Amma oruc tutanlara hörmət edirəm. Allah hər kəsin orucunu qəbul etsin. Oruc tuta bilməsəm də, həqiqətən tutmağı çox istərdi. Amma təəssüf ki, fiziki zəifliyim var.  İnşallah ki Allah mənə güc versə mən də tutaram”.

ANS – tv - nin “Alın yazısı” və “Keçmişə salam” verilişlərinin aparıcısı Şəbnəm Xeyrulla: “səbrsizliklə gözləyirəm Ramazanı -  deyərək həyəcanlı fikrin bitirdi. Növbəti əlaqə saxladığımız şəxs isə ATV - kanalının aparıcısı Şəhriyar Əbilov oldu. Şəhriyar bəy 1997 - ci ildən bəri hər Ramazan oruc tutduğunu dedi.  İnşallah mədəmiz və səhhətimiz sağlam olarsa, Allahın izniylə bu Ramazanda da oruc tutacağam”.

Akademik milli Dram Teatrının aktyoru, əməkdar artist Kazım Abdullayev: “mən oruc tutmuram, amma Allaha inanıram. Amma özümü hələ hazır hiss etnirəm”.

Bu da araşdırmamızın sonu... Demək olar ki, əksər məşhurlar bu Ramazanda oruc tutacaq. Allah niyyətlərin qəbul eləsin! Amma bəzi məşhurlar Musiqili Teatrın aktyoru Möylə Mirzəyəv, ANS “Marş” verilişinin aparıcısı Rahib Qərib, aktrisa Yana Nikitina sorğumuza heç bir cavab verməyərək susmağı üstün tutdular.

Şərhlər

Çox oxunanlar