Bakıda məşhur parkdakı obyektlər sökülür

11.12.2018 13:31     Sosreaksiya     681

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun müvafiq əmri ilə “Gənclik” metrosu yaxınlığındakı Atatürk parkında yenidənqurma işlərinə başlanılıb.

Unikal.org xəbər verir ki, icra başçısının göstərişi ilə parkda yerləşən bütün restoranlar, ticarət və ictimai-iaşə obyektlərinin söküntüsü həyata keçirilir.

Söküntü işlərininə Bakı şəhər mənzil-kommunal təsərrüfatının texnikası və canlı qüvvəsi cəlb edilib. Bu isə orada yerləşən obyekt sahiblərinin ciddi narazılığına səbəb olub.

Reaksiya.az

Şərhlər