Qaliblər elan edildi

11.08.2015 13:14     Sosreaksiya     1732

Bu gün Dövlət Sərhəd Xidmətində (DSX) Azərbaycanın sərhəd mühafizəsinin 96-cı ildönümünə münasibəti ilə elan edilmiş müsabiqənin qalibləri elan olunub.

"Reaksiya.az" xəbər verir ki, müsabiqə bədii ədəbiyyat, təsviri sənət, qəzet məqalələri qiymətləndirilib.  

Bundan başqa, sərhədyanı məntəqələrin ora məktəb şagirdləri arasında “Sərhədlərimizin keşiyində” mövzusunda inşa müsabiqəsi təşkil edilib.

Müsabiqədə 1000 nəfərdən çox yaradıcı insan-peşəkar və həvəskar yazıçı, şair, rəssam, jurnalist, sərhədçi zabit və gizir, əsgər, sərhəyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak edib.

Müsabiqə iştirakçıları tərəfindən təqdim olunmuş çoxsaylı əsərlərin sırasından ən yaxşıları seçilərək 29 şeir, 19 hekayə, 31 qəzet məqaləsi, 16 rəsm əsəri və 37 inşa yazısı müsabiqənin finalına buraxılıb. Daha sonra Təhsil Nazirliyinin, Yazıçılar Birliyinin, Rəssamlar İttifaqının və Mətbuat Şurasının mütəxəssislərindən ibarət münsiflər heyəti tərəfindən müsabiqənin finalına buraxılmış əsərlərin arasından qaliblər müəyyən edilib.

Mükafatlandırma mərasimində çıxış edənlər-DSX rəisinin müavini, general-mayor Azad Ələkbərov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə, Rəssamlar İttifaqının nümayəndəsi Oqtay Rəcəbov sərhədçilərin fədakar xidmətlərinin təbliğində, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, dövlət sərhədinə və sərhədçi peşəsinə rəğbət və ehtiram hissinin aşılanmasında keçirilən müsabiqənin çox böyük əhəmiyyəti olduğunu vurğulayıblar.

Sonda müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunub, müsabiqədə yer tutmuş təsviri sənət nümunələri nümayiş etdirilib. 

 

 

Şərhlər

Çox oxunanlar