Bakıda bəzi yollarda hərəkət sürəti azaldılıb

05.06.2015 12:50     Sosreaksiya     882

Bakıda keçiriləcək ilk Avropa Oyunları zamanı yol hərəkəti təhlükəsizliyinin təmin olunması ilə əlaqədar bu mühüm idman yarışına cəlb edilən nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların keçdiyi bəzi yollarda ümumi hərəkət sürəti dəyişdirilib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Bakı Kənar Dairəvi yolda nəqliyyat vasitələrinin maksimum hərəkət sürəti saatda 80, xüsusi zolaqlarla kəsişmə yerlərində isə saatda 40 kilometrə endirilib.

 

Şərhlər

Çox oxunanlar