Sabiq nazir Hüseynqulu Bağırovun oğurladığı milyonlar haqda yeni - faktlar - FOTOLAR

05.01.2019 16:38     Sosreaksiya     1142

Bir həftə öncə virtualaz.org xaricdə keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun ailəsinə məxsus olan onlarla şirkət və elit mülk haqda yazmışdı.

Bloqer Cavanşir Həsənli sabiq nazirin çoxmilyonlu aktivlərinin Böyük Britaniyada, Almaniyada, Avstriyada, Çexiyada, Kiprdə və Türkiyədə cəmləndiyi barədə sənədlər tapmağa nail olmuşdu.

Bu binanın sahibi Lətif Bağırovdur

Cavanşir Həsənli öz araşdırmasının davamını yayıb. Həmin araşdırmadan məlum olur ki, keçmiş nazirin oğlu Lətif Bağırov Almaniyada 6 milyon avroya bina alıb.

İnformasiyaya əsasən, Lətif Bağırov və onun bacısı Sevinc Bağırova hələ 2006-cı ilin sentyabrında Venada Liegenschaftsverwertungs GmbH şirkətini qeydiyyatdan keçiriblər. Şirkət FN 283461 f qeydiyyat nömrəsinə malikdir, ofisi isə Venada HütteldorferstraBe 110 ünvanında yerləşir.

Hazırda bu şirkətin səhmlərinin 94 faiz Lətif Bağırovun WU Immo Center GmbH alman şirkətinə məxsusdur, 6%-i isə Hüseynqulu Bağırovun bacısı Düriyə Nuriyevanın mülkiyyətindədir.

WU Immo Center GmbH 11 iyun 2016-cı ildə Vupertal şəhərində qeydiyyata alınıb, sonra isə Hofkamp 71 ünvanında yerləşən binanı alıb. Hazırda bina kirayəyə verilir və sahiblərinə hər ay hər kvadrat metrə görə 8,25 avro gəlir gətirir. Əvvəlcə Düriyə Nuriyeva da WU Immo Center GmbH şirkətinin sahibkarlarından hesab edilirdi, amma iyul 2017-ci ildən onun tək sahibi Lətif Bağırovdur.

Şirkətin nizamnamə kapitalı cəmi 25 min avro təşkil edir, baxmayaraq ki, Almaniyada onun aktivləri 6,17 milyon avro dəyərində qiymətləndirilir.

Bloqer, həmçinin Qlazqoda yerləşən Buchanan Arms mehmanxanasının şəkillərini yayıb. Baxmayaraq ki, mehmanxana cəmi üç ulduza malikdir, müalicə və istirahət üçün çox gözəl yer hesab edilir. Mehmanxananı şəxsən Sevinc Bağırova idarə edir. Mehmanxana personalının şəkillərindən birində Hüseynqulu Bağırovun oğlu Lətif Bağırov da obyektivə düşüb.(Virtualaz.org)

Şərhlər