Təhlükəli hava ilə bağlı "Azəriqaz"dan AÇIQLAMA - Təxirə salındı...

16.01.2019 14:24     Sosreaksiya     832

“Azəriqaz” İstehsalat Birliyi yaxın iki gün ərzində respublika ərazisində müşahidə ediləcək ifrat təhlükəli hidrometroloji hava proqnozu ilə bağlı tədbirlər planı hazırlayıb.

Bu barədə  “Azəriqaz”İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbalıyev məlumat verib.

Onun sözlərinə görə, “104” və “185” Çağrı Mərkəzlərinin iş fəaliyyəti gücləndirilib:

“Qaz təchizatının təmin edilməsi ilə bağlı planlı işlər yaxın iki gün üçün təxirə salınıb.Yalnız qəza hadisələri baş verdiyi halda təmir işləri aparıla bilər. Bunun üçün də texniki təchizat yüksək səviyyədədir. Qəza ilə bağlı məlumat daxil olan kimi dərhal problem aradan qaldırılacaq”.

İ.Kəlbalıyev onu da vurğulayıb ki, əhalinin təbii qazla təchizatı da artırılacaq:

“Hazırda respublika ərazisində təmin qaza təlabat 32 milyon kub/metrdir. Son iki gündə bu təchizat 628 min kub/metr artırılıb. Hava şəraiti yaxın günlərdə daha da soyuq olarsa, təbii qaz təchizatı artırılacaq. Bununla yanaşı əhaliyə soyuq hava şəraitində texniki təhlükəsizlik qaydalarına riayət edilsin”.(publika)

Reaksiya.az

Şərhlər