Muxtar Manıyevin ayağı amputasiya olundu

11.08.2015 15:13     Sosreaksiya     1977

Xalq artisti sol ayağı topuq nahiyəsindən kəsilib.

Bir neçə gün əvvəl səhhəti pisləşən xalq artisti Muxtar Maniyevin ayağı amputasiya olunub. "Reaksiya.az"məlumat verir ki, həkimlər uzun müddətdir şəkər xəstəliyindən əziyyət çəkən aktyorun yaxşılaşması üçün başqa çarə tapmayıblar.

Vəziyyəti pisləşən xalq artisti avqustun 6-də Elmi Cərrahiyyə Mərkəzinə yerləşdirilmişdi. Cərrahiyyə əməliyatı da orada həyata keçirilib. 

Muxtar Maniyevin sol ayağı topuq nahiyəsindən kəsilib. Həkimlər aktyorun barmağında yaranan qaralmanın qanqrena olduğunu dəqiqləşdirdikdən sonra, əməliyyatı vacib hesab ediblər. Əks halda qanda zəhərlənmə baş vermə təhlükəsi ola bilərdi ki, bu da yuxarı ətrafların sıradan çıxmasına gətirib çıxarardı. 

Şərhlər

Çox oxunanlar