Google-dən yeni xəbər var

11.08.2015 15:17     Sosreaksiya     1778

ABŞ-ın nəhəng şirkəti hesab edilən Google yeni bir konfiqurasiyaya doğru gedir.
"Reaksiya.az" saytının Türkiyəyə istinadən verdiyi məlumata görə, bu istiqamətdəki işlərinə bir müddət öncə start verən şirkət Google-un Alphabet adını alan yeni bir şirkətin çətiri altında işləməyə başlayacağını bildirib.
Başqa sözlə, Alphabeti böyük bir holdinqə bənzətmək olar. Google isə bundan sonra Alphabetin adı altında fəaliyyət göstərən firmalardan biri halına gəlir. Məsələni Alphabetin internet saytı abc.xyz vasitəsilə ictimaiyyətə çatdıran Google banilərindən Larri Peyc, bu qərarı böyüyən Google-u və işini daha düzgün və rahat bir şəkildə idarə etmək adına aldıqlarını bildirib.
Yeni şirkət quruluşuna görə, Google-un əsasını təşkil edən axtarış metodu və internet reklamı kimi sahələr, sürücüsüz avtomobil və təyyarə kimi yeni texnoloji fəaliyyətlərdən ayrılacaq. Alphabet adı altında fəaliyyət göstərəcək olan Google şirkətindən Youtube, Androdid, ağıllı telefon tətbiq etmələri və bununla əlaqədar fəaliyyətlər asılı olacaq. Google səhm sahiblərinin də bu gündən etibarən Alphabet səhmlərinə sahib olduğu açıqlanıb.
Larri Peyc yeni quruculuq işi ilə birlikdə eyni zaman da Alphabetin İcraçı Direktoru vəzifəsində də işləyəcək. Şirkətin digər banisi Sergey Brin isə Alphabetin sədri olacaq.

Şərhlər

Çox oxunanlar