Bakıda ər arvadını vəhşicəsinə elə döydü, gəlin...

01.02.2019 12:55     Sosreaksiya     758

Bakıda qadın əri tərəfindən vəhşicəsinə döyülüb.

Hadisə Binəqədi rayonu, 2-ci məhəllədə qeydə alınıb. 1995-ci il təvəllüdlü Məmmədova Aysel gecə saatlarında əri tərəfindən döyülüb. Ağır xəsarətlər alan qadın yaxınları tərəfindən 1 saylı Klinik Xəstəxanaya çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, A.Məmmədova kəllə-beyin travması və bədəninin müxtəlif yerlərindən ağır xəsarətlər alıb.

Hazırda qadın palatadadır və müalicəsi davam etdirilir.(SFERA.AZ)

 

Reaksiya.az

Şərhlər