Qadınları soyan cibgir yaxalanıb

01.02.2019 13:49     Sosreaksiya     756

DİN Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə yanvarın 28-də və 29-da C.Naxçıvanski küçəsində Bakı şəhər sakini olan 3 qadının çantalarından və ciblərindən mobil telefonlarının oğurlanması barədə müraciətlər daxil olub. 

Müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılıb. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etməkdə şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş H.Hüseynov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılmışdır.

Araşdırma aparılır.

Reaksiya.az

Şərhlər