13 meqapiksel ön kameralı telefon gəlir

11.08.2015 15:49     Sosreaksiya     2716

Yaponiyanın məşhur smartfon istehsalçısı olan Sony firması yeni orta və üst səviyyə Xperia M5 modelinin qiymətini açıqlayıb.

“Reaksiya” xəbər verir ki, Tayvanda təqdim edilən modelin rəsmi qiyməti 410 dollardır.  

5 düym Full HD ekran, 21,5 meqapiksel arxa kamera, 13 meqapiksel ön kamera, 3 GB RAM, 16 GB daxili yaddaşa sahib olan Sony Xperia M5-in ölkə bazarına nə zaman və hansı qiymətlə gələcəyi isə hələ ki məlum deyil.

 

 

Şərhlər

Çox oxunanlar