Cavid Hüseynov istintaqa cəlb olundu

11.08.2015 17:09     Sosreaksiya     1105

"Qəbələ" futbol klubunun oyunçusu Cavid Hüseynov istintaqa cəlb olunub.
 
"Reaksiya.az"-ın “Report”a istinadən verdiyi xəbərə görə, gənc jurnalistin ölümü ilə bağlı şübhəli bilinən Cavid Hüseynov istintaqa cəlb olunub.
 
Qeyd edək ki, jurnalist Rasim Əliyev naməlum şəxslər tərəfindən döyülərək xəsarət almışdı. O, müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
 
Jurnalistin ölümü ilə bağlı istintaq prosesi davam edir.
 
Bununla bağlı şübhəli şəxs qismində Cavid Hüseynovun bibisi oğlu Elşən Hüseynov və Cavid Hüseynov istintaqa cəlb olunub.

Şərhlər

Çox oxunanlar