Qarabağ müharibəsində 4500 nəfərdən çox adam itkin düşdü

07.02.2019 13:22     Sosreaksiya     985

Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4500 nəfərdən artıq insan itkin düşüb. Modern.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyində keçirilən tədbirdə çıxış edən İtkin düşən şəxslərlə iş proqramının koordinatoru Daniel Messerli məlumat verib. 

Onun sözlərinə görə, həmin şəxslər münaqişə zamanı itkin düşüb: "Bu gün bizdə olan məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zamanı müxtəlif millətlərin nümayəndəsi olan 4500 nəfər itkin düşüb. Onlardan 3800-nəfəri Bakı nümayəndəliyi tərəfindən qeydə alınıb. Qalanları isə Yerevan nümayəndəliyi və Dağlıq Qarabağdakı missiya tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80%-i hərbçilərdir".

D.Messeri qeyd edib ki, BQXK həyata keçirdiyi bütün layihələri müvafiq dövlət orqanları ilə birlikdə hazırlayır. 

"Toplanan məlumatlar Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınır. Gələcəkdə eksqumasiya məsələsi yaranarsa, həmin baza məlumatlarından istifadə ediləcək"

Reaksiya.az

Şərhlər