Teleqüllədə yanğının qarşısı dərhal alınacaq - Yeni sistem

11.08.2015 17:00     Sosreaksiya     1799

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Teleradio” İstehsalat Birliyi Teleqüllədə “İntellektual ünvanlı yanğından mühafizə siqnalizasiya” sisteminə nəzarəti gücləndirib.

Reaksiya.az xəbər verir ki, bu haqda məlumat  “Teleradio”dan verilib.

Məlumata əsasən, bu məqsədlə artıq yeni monitorinq sistemi quraşdırılıb, istismara verilib.

Bununla da Bakı Teleqüllə Kompleksinin istənilən nöqtəsində baş verəcək yanğın hadisəsini gözlə təyin etmək və qarşısını dərhal almaq mümkün olacaq.

Sistemə nəzarət “Teleradio” İB-nin işçiləri tərəfindən 24 saatlıq növbəli iş rejimində həyata keçirilir.   

 

Şərhlər

Çox oxunanlar