Deputat köməkçisinin düşdüyü qəza - VİDEO

11.08.2015 17:45     Sosreaksiya     1615

Salyanda bir nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Reaksiya.az xəbər verir ki, hadisə Ələt-Astara magistralının Salyan rayonunun Xıdırlı kəndindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkət edən qarpızla yüklü "Qazel" yük maşını hərəkətdə olarkən əks tərəfdən gələn "Opel" markalı avtomobilə çırpılıb.

Qəzanın təsirindən hər iki avtomobil yararsız hala düşüb.

“Opel”də olan sərnişin 1958-ci il təvəllüdlü Həsənov Həsənbala Həbib oğlu aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.

Biri azyaşlı olmaqla 2 nəfər isə yaralı halda Salyan Mərkəzi rayon xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralıların vəziyyəti orta ağırdır.

Qeyd edək ki, dünyasını dəyişən Həsənbala Həsənov deputat Fəzail Ağamalının köməkçisidir.

Qəzanın səbəbləri araşdırmaların sonunda məlum olacaq.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Çox oxunanlar