“Təqaüd alan tələbələrin sayı 16 min nəfər artırılacaq”
15.02.2019 13:04 Sosreaksiya 841
“Sərəncama əsasən martın birindən təqaüd alan tələbələrin sayı 16 min nəfər artırılacaq”. “Qafqazinfo” xəbər verir ki, bu sözləri Təhsil naziri Ceyhun Bayramov prezident İlham Əliyevin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı imzaladığı fərman və sərəncamlara dair bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu da tələbələrin sosial müdafiəsi, keyfiyyət göstəricilərinin artması baxımından vacib addım hesab edilir: “Bütün təhsil pillələrində nəzərdə tutulmuş təqaüdlərdə orta hesabla 20 faizlik bir artım var. Bu artım 110 mindən artıq tələbə kontingentini əhatə edir. Artım məbləği 25 milyon manat maliyyə tutumunu təşkil edir.
Təqaüd almaq hər bir tələbənin istəyidir. Biz də tələbə olan zaman yüksək təqaüd almaq üçün can atırdıq. Mən təqaüd aldığım dövrdə adi təqaüdlər 40 manat civarında idi. Əlaçı təqaüdü isə 60 manat. İndi tam fərqli bir zamanda yaşayırıq, alıcılıq qabiliyyəti fərqli olduğu üçün dəqiq müqayisə edə bilmirəm. Düşünürəm ki, 130 manatlıq təqaüd 90-95-ci illərdə mən tələbə olan zaman aldığım təqaüddən daha yüksəkdir”.
Şərhlər