Orduxan Temirxandan Rüstəm İbrahimbəyovun gəlişinə sərt münasibət

19.02.2019 12:26     Sosreaksiya     904

“...Gəldiyi yol çatlayaydı”

Hakimiyyətə qarşı müxalifətdə olanlar üçün kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun Azərbaycana gəlişi şok effekti yaradıb. Onun Bakıda Kinematoqrafçılar İttifaqının toplantısını keçirməsi, ardınca yaxın dostları ilə ziyafətdə bir araya gəlməsi hələ də müzakirə mövzusudur. 

Söyüş müxalifətinin öncüllərindən olan, hazırda Hollandiyada yaşayan mühacir Orduxan Temirxan da R.İbrahimbəyovun gəlişi ilə bağlı sərt fikirlər yazıb. 

Musavat.com xəbər verir ki, O.Temirxan sosial şəbəkədəki statusunda aşağıdakıları yazıb: “Rüstəm İbrahimbəyov, bu xalqın ümidlərini 2013 də qırdığı kimi, qırmağa gəlibsə, onun gəldiyi yol çatlayaydı, heç o gəlib çıxmayaydı bizim vətənimizə. Bunlar istədikləri vaxt gəlib-gedib keflərini çəkirlər, bizi də, interpola verirlər. Çatlayasan a dünya”.

Maraqlıdır ki, Milli Şura rəhbərliyindən heç kim R.İbrahimbəyovun gəlişinə reaksiya verməyib. Onlar tam susqunluq nümayiş etdirir və fəxri sədrin Azərbaycana gəlişinə, təşkil etdiyi ziyafətə dəvət olunmamasına rəy bildirməyib. 

Musavat.com

 

Şərhlər