Bakıda nazirlik əməkdaşına qarşı 180 minlik cinayət – Təfərrüat
20.02.2019 14:34 Sosreaksiya 736
Bakıda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.
İttihama münasibət bildirən Elmar Məlikov özünü qismən təqsirli bilib.
Növbəti proses fevralın 27-də davam edəcək.
İttihama gör, Elmar Məlikov “Bank VTB” (Azərbaycan) ASC-nin əməkdaşı vəzifəsində çalışarkən etibardan sui-istifadə və aldatma yolu ilə Tamilla Mikayılovanın əmlakını ələ keçirmək məqsədilə pul verdiyi halda “Accessbank” ASC-də debet kartla şəxsi hesabına ABŞ dolları mədaxil edərək hesabdakı pulu manata dəyişməklə məxaric edib, həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək yenidən şəxsi hesabına mədaxil etməklə, periodik olaraq konvertasiya əməliyyatı həyata keçirib.
Bu yolla o, zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib.
Bu məqsədlə Tamilla Mikayılovadan hissə-hissə olmaqla, ümumilikdə 280 min manat, Mehman Allahverdiyevdən də eyni üsulla ümumilikdə 180 min manat alaraq, dələduzluq edib.
Mehman Allahverdiyev hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışır.
Şərhlər