İranda “Qarabağ Ermənistandır”a etiraz: onminlər...

01.03.2019 14:40     Sosreaksiya     904

Ermənistan Baş naziri Nikol Paşinyanın Tehranın “Ararat” klubunda erməni icması ilə görüşündə “Qarabağ Ermənistandır və Son” sözləri yazılmış plakatın qaldırılmasına görə Güney Azərbaycanda etirazlar davam edir.

Bu sözləri Kult.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan şöbəsinin müdiri Sayman Aruz deyib.

O bildirib ki, aksiyalar daha çox Tehran və Təbriz şəhərlərində, həmçinin İranda azərbaycanlılar yaşayan digər şəhərlərdə keçirilir:

“Ermənilərin açdığı plakata etiraz olaraq soydaşlarımız “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” sözləri yazılmış plakat qaldırıblar. Bu gün axşam Təbrizin “Traktor” komandası ilə İsfahanın “Sepahan” komanadası arasında baş tutacaq oyunda onminlərlə soydaşımız Ermənistana etiraz olaraq “Ya Qarabağ, ya ölüm”, “Qarabağ Azərbaycanındır”və s. şüarlar səsləndirəcəklər”.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Tehranda səfərdə olarkən erməni icması ilə “Ararat” klubunda görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır və Son” yazılmış plakatın qaldırılmasına İranın imkan tanıması etiraza səbəb olub.

Azərbaycanlılar "Ararat" klubunun divarına da "Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır" sözlərini yazıblar (Foto təqdim edilir).

Reaksiya.az

Şərhlər