Yaxın günlərdə qızılcaya qarşı peyvənlərə başlanılır
04.03.2019 13:06 Sosreaksiya 723
Bir-iki günə qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri çərçivəsində peyvəndlərin vurulmasına başlanılacaq.
Bu barədə Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva məlumat verib.
O bildirib ki, səhiyyə naziri Oqtay Şirəliyevin respublikada qızılca xəstəliyinə qarşı təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsinə dair imzaladığı əmr istiqamətində işlər yekunlaşmaq üzrədir:“Hazırda innovasiya mərkəzi tərəfindən Respublika ərazisində fəaliyyət göstərən dövlət tibb müəssisələrinə vaksinlərin paylanılması prosesi davam edir. Paytaxt ərazisində, demək olar ki, vaksinlərin paylanılması yekunlaşıb. Bir-iki gün ərzində artıq 20-40 yaşlı əhali arasında vaxtında peyvənd olunmayan insanlara qızılcaya qarşı təmizləyici immunlaşdırma tədbirləri çərçivəsində vaksinlərin vurulmasına başlanılacaq.
Bir-iki günə Bakıda peyvənd işləri başlanacaq. Bundan sonra isə İnnovasiya Mərkəzi tərəfindən vaksinlər xüsusi maşınlarla respublikanın digər rayon və şəhərlərinə çatdırılacaq. Bütün bu tədbirlərin mart-aprel ayı çərçivəsində yekunlaşması planlaşdırılıb”.
Direktor müavini onu da əlavə edib ki, vaksinlər böyüklər üçün poliklinikalara, dövlət müəssisələrinə paylanacaq və peyvəndlər tam pulsuz olaraq əhaliyə vurulacaq.
Şərhlər