Şəhid ailələrinə yeni güzəştlər - Bu ödənişdən azad edilirlər

13.03.2019 13:08     Sosreaksiya     837

Azərbaycanda şəhid ailələrinin üzvlərinə yeni güzəştlər ediləcək. 

Oxu.Az xəbər verir ki, bu barədə Milli Məclisin (MM) İnsan Hüquqları komitəsinin iclasında məlumat verilib. 

Bildirilib ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Mühasibat uçotu haqqında” qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinə nəzərdə tutulan düzəlişlər “Peşə təhsili haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə həyata keçirilir. 

Dəyişikliyə əsasən, dövlət peşə təhsili müəssisələrində və elmi təşkilatlarda ödənişli formada təhsil alan şəhid ailəsi statusu almış ailənin üzvləri təhsil haqqını ödəməkdən azad ediləcəklər.

Müzakirələrdən sonra qanun layihələri plenar iclasa tövsiyə edilib

Reaksiya.az

Şərhlər