Baş nazir Novruz Məmmədov: “Ölkənin valyuta ehtiyatları artaraq 45 milyard dollara çatıb”
15.03.2019 12:33 Sosreaksiya 842
Milli Məclisin hazırda davam edən plenar iclasında baş nazir Novruz Məmmədovun hesabatı dinlənilir. 15 martda doğum günü olan və buna görə də parlamentdə təbriklər qəbul edən Baş nazir dedi ki, hesabatın məhz bu gün təqdim olunması onun tərəfindən nəzərdə tutulmamışdı: “Amma təsadüf də olsa, bugünkü hesabat xoş günə düşür”.
Baş nazir sədri və deputatları Novruz bayramı münasibətilə təbrik etdi. “2018-ci il Azərbaycanın ictimai-siyasi həyatında əlamətdar hadisələrlə zəngin olub”,- deyən baş nazir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin keçirilməsini və prezident seçkilərində İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsini xüsusilə qeyd etdi. O, həmçinin Xəzər dənizinin hüquqi statusunun uzun müddətdən sonra məhz 2018-ci ildə müəyyənləşdirildiyini, bununla bağlı konvensiya imzalandığını bildirdi.
N.Məmmədov dedi ki, qeyri-neft sahəsində artım 1,8 faiz olub. 2018-ci ildə inflyasiya cəmi 2,3 faiz, əhalinin gəlirləri isə 9,3 faiz artıb. Ölkənin valyuta ehtiyatları isə artaraq 45 milyard dollara çatıb. Ötən il dövlət büdcəsinin gəlirləri 22 milyarddan çox olub.(musavat)
Şərhlər