Azərbaycan şirkətindən böyük layihə

12.08.2015 02:08     Sosreaksiya     1890

Azərbaycanın İT şirkəti “SINAM” Qırğızıstan Mərkəzi Bankının sənəd dövriyyəsinin avtomatlaşdırılması tenderində iştirak etməyə hazırlaşır. Reaksiya.az trendə istinadən xəbər verir ki, bu haqda şirkət məlumat yayıb.

Məlumatda bildirilib ki, şirkət daha əvvəl Azərbaycan Mərkəzi Bankına (AMB) inteqrasiya etdiyi layihəni təklif etmək niyyətindədir. AMB-də “SINAM” şirkətinin həyata keçirdiyi layihə bir neçə mərhələdən ibarət olub.

Şirkət tərəfindən elektron statistika bazası və analitik hesabatlılıq sistemi tətbiq edilib. Hesabatların generasiya sistemi yaradılıb. Müxtəlif qrafik formaların qurulmasına imkan verən özəllik, həmçinin bank tərəfindən istifadə olunan FinA sistemi, elektron poçtun arxivləşdirilməsi və idarə edilməsi sistemi inteqrasiyası daxil edilib. Bu da disk məkanından optimal istifadə etməyə və arxiv məlumatları idarə etməyə imkan yaradıb.

Bundan başqa, layihə çərçivəsində bank və bank olmayan kredit təşkilatlarını idarə etməyə imkan verən proqram tətbiq edilib. Bu da sənədlərin avtomatik yenilənməsini, həmçinin idarəetmə üçün lazım olan bütün informasiyanın daxil edilməsi və təhlilini həyata keçirməyə imkan yaradıb.

AMB-də həmçinin layihələri idarəetmə sistemi və daxil olan sənədlərin tanınması və skan edilməsinə imkan verən elektron sənəd dövriyyəsi sistemi tətbiq edilib.

Şərhlər

Çox oxunanlar