Lütfi Zadəni "fındıqbaş" adlandıran mətbuat katibi İŞDƏN ÇIXARILDI

15.03.2019 13:23     Sosreaksiya     975

Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəzifədən azad edilməsi barədə sərəncam imzalayıb. 

Bu barədə Modern.az-a açıqlamasında Akif Əliyə yaxın mənbə bildirib. 

Qeyd edilib ki, bu il martın 19-da Akif Əli təqaüd yaşına çatır. Onun vəzifədən azad edilməsi bununla əlaqədardır.

Xatırladaq ki, Akif Əli  1994-cü il oktyabrın 10-dan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri vəzifəsində işləyirdi. O. 2-ci dərəcə Dövlət müşaviridir.

Qeyd edək ki, ABŞ-da vəfat edən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin vəfatıyla əlaqədar olaraq jurnalistin zənginə cavab verən Akif Əli mərhum alimi "fındıqbaş" adlandırmışdı. Nazirlər Kabinetinin sözçüsünün qeyri-etik ifadəsi ölkə mətbuatında kütləvi tirajlanandan sonra xidmət rəhbəri ifadəsinə görə, özünün feysbuk səhifəsində ölkə ictimaiyyətindən üzr istəmişdi. 

Reaksiya.az

Şərhlər