Şəhidimiz dəfn olundu

27.03.2019 12:49     Sosreaksiya     1245

Martın 26-da Füzuli rayonu istiqamətində şəhid olmuş Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlu dəfn olunub.

Martın 26-da Ermənistan tərəfinin bölmələrimizin mövqelərinin atəşə tutulması nəticəsində cəbhənin Füzuli rayonu istiqamətində şəhid olmuş Azərbaycan ordusunun əsgəri Əlləzov Əlləz Ələddin oğlunun nəşi doğulduğu Qazax rayonunun Yuxarı Salahlı kəndindəki evinə gətirilib.

Oxu.Az-ın bölgə müxbirinin verdiyi məlumata görə, mərasimdə mərhumun yaxınları, Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Müdafiə Nazirliyinin nümayəndələri və kənd sakinləri iştirak edir. 

Dəfn mərasimində böyük izdiham müşahidə edilir.

Xatırladaq ki, martın 26-da gün ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində təxribatlara əl atıb.

Azərbaycan Ordusu bölmələrinin qəti və adekvat tədbirləri nəticəsində düşmənin atəş nöqtələri susdurularaq, növbəti təxribatların qarşısı alınıb.

Şərhlər