Elçin Quliyev Azərbaycan-Ermənistan dövlət sərhədində

27.03.2019 13:00     Sosreaksiya     947

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şun­ları­nın “Qazax” sərhəd dəs­tə­sinin Ermənistanla dövlət sərhədində yerləşən sərhəd döyüş məntəqə­lə­rin­in xidmə­ti-döyüş fəaliyyətini yox­la­yıb.

DSX-dən Axar.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti Si­lah­lı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının yerinə ye­tirilməsi istiqa­mətində həyata keçirilən tədbirlərin icra və­ziy­yəti, “Qazax” sərhəd dəstəsinin xid­­mə­ti əra­­zisindəki əməliyyat şəraiti, ərazi müdafiə­sinin və sər­həd mü­hafizəsinin gücləndirilməsi məqsədilə görülən işlər haqqın­da məru­zələr dinlənilib.

Düşmənin mümkün təxribatlarının qarşısının alınması məqsədilə sərhəd döyüş səngərlərində müdafiə mövqelərinin möhkəmləndirilməsi, müqabil ərazidə aparılan işlərə adekvat olaraq ərazidə mühəndis-isteh­kam tədbirlərinin gücləndirilməsi üzrə tapşı­rıq­lar verilib.

Qazax və Ağstafa rayonlarında ərazi müdafiəsinin təkmilləş­diril­məsi, müasir sər­həd müha­fi­zə infrastrukturunun yaradılması, sərhəd ko­mendantlıq­la­rında və sər­həd döyüş məntəqə­lə­­rin­də ye­ni xidməti binaların və əsgər ka­zarmalarının inşa edilməsi, sərhəd döyüş mən­tə­qələrinə yeni yolların sa­lınması, sənaye işığının və qaz xətlərinin çə­kilməsi məqsədilə görü­lən işlərə baxış ke­çirilib, bu fəaliyyətin daha da genişləndirilməsi və intensivliyinin yük­səldilməsi üzrə göstərişlər ve­ril­ib.

Reaksiya.az

Şərhlər