Sinoptiklər yağış və qar vəd edirlər

27.03.2019 13:27     Sosreaksiya     889

Martın 28-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, gecəyə doğru isə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 11-14, Bakıda gecə 5-7, gündüz 12-14 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Rayonlarda hava əsasən yağmursuz keçəcək. Lakin gündüz qərb rayonlarından başlayaraq yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti təşkil edəcək.

Reaksiya.az

Şərhlər