İcra başçısı: “Diqlas”da malları yanan sahibkarların hüquqları dövlət səviyyəsində qorunacaq”

27.03.2019 13:48     Sosreaksiya     956

“Yanan “Diqlas” Ticarət Mərkəzi ilə bağlı araşdırma aparılır. Tam səmimiyyətimlə deyirəm ki, sizin hüquqlarınız dövlət səviyyəsində qorunacaq”.

“Report” xəbər verir ki, bunu Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov yanan “Diqlas” Ticarət Mərkəzində fəaliyyət göstərən sahibkarlarla görüşündə deyib.

“Ortada ticarət mərkəzinin rəhbərliyi ilə müqavilələriniz olub. İndi həmin şəxslərə deyə bilmərəm ki, bunlara filan qədər pul verin. Xahiş edirəm, gözləyin. Hər kəs nə qədər ziyana düşdüyünü yazsın. Əgər biz nəsə etməsək, onda deyərsiniz ki, dövlət etmədi” - icra başçısı qeyd edib.

Xatırladaq ki, martın 26-da Bakının Nizami rayonu, Qara Qarayev prospekti, 8-ci kilometr adlanan ərazisindəki “Diqlas” Ticarət Mərkəzində yanğın olub. Ticarət Mərkəzi tamamilə yararsız hala düşüb. Qeyri-rəsmi məlumatlara görə, sahibkarlara milyonlarla manat ziyan dəyib.

Reaksiya.az

Şərhlər