İSPANİYADA ERMƏNİLƏRDƏN NÖVBƏTİ TƏXRİBAT: “31 MART SOYQIRIMI GÜNÜNDƏ…”

27.03.2019 14:03     Sosreaksiya     1037

“…İspaniyanın Barselona şəhərində “Dağlıq Qarabağ mədəniyyət günü” keçirməyi planlaşdırırlar”

"Erməni lobbisi və diaspor təşkilatları Qarabağ məsələsini İspaniya cəmiyyətinə uydurulmuş şəkildə catdırmağa davam edirlər”.
 
Bunu "Sherg.az”a açıqlamasında İspaniyada yaşayan soydaşımız, Qərbi Azərbaycan İctimai Birliyinin İspaniyadakı səlahiyyətli nümayəndəsi, İspaniya Azərbaycanlılar Birliyinin yaradıcısı Vahid İmanov deyib.
 
Soydaşımız bildirib ki, ermənilər mart ayının 31-də, dünya Azərbaycanlılarının soyqırımı günündə İspaniyanın Barselona şəhərində "Dağlıq Qarabağ mədəniyyət günü” keçirməyi planlaşdırırlar. 
 
Düşmənlər "Arxas” mədəniyyət günü kimi təşkil etdikləri bu cür təxribatçı tədbirlərlə azərbaycanlıların soyqırımla bağlı addımlarını kölgələmək istəyirlər. 
 
Hesab edirəm ki, buna qətiyyən səssiz qalmaq olmaz. Mən bununla bağlı İspaniyadakı səfirliyimizə məlumat vermişəm. Söz veriblər ki, bu tədbir haqda qanun çərçivəsində tədbir görəcəklər”.
 

Şərhlər