Türkiyədə mədən çökdü
12.08.2015 04:09 Sosreaksiya 1696

Türkiyənin Zonquldak vilayətinin Kilimli rayonunda mədən ocağı çöküb.
Reaksiya.az-ın məlumatına görə, bir mədən işçisi yerin altında qalıb. Türkiyə daş-kömür qurumunun sədri Burhan İnan bildirilib ki, yerin altında qalan Sezai Aslanbaşın xilas edilməsi üçün əməliyyat davam edir.
B. İnan deyib: “Mədən ocağının tavanı çöküb. Torpağın altında qalan Sezai Aslanbaşın xilas edilməsi üçün bir saatdan çoxdur səy göstərilir”.
Hadisə yerinə gələn Sezai Aslanbaşın həyat yoldaşının vəziyyəti pisləşib. Yaxınlıqdakı insanlar qadına kömək göstəriblər.
Şərhlər