Bəs sən onları tanıyırsanmı? - FOTOLAR

01.04.2019 19:16     Sosreaksiya     1156

#BƏS #SƏN #ONLARI #TANIYIRSANMI

Tarixler, iller ferqli olsa da ardı arda gelen aylar Azerbaycan tarixinin sehifelerine "qara", "faciə", "qanlı", "soyqırım" və.s sözleri ile yazılaraq xalqımızın yaddaşında göz yaşı, ağrı, itki, hüzün duyğuları ilə həkk olunmuşdur. Önce qanlı yanvar, ardından Xocalı faicəsi, sonra mart soyqırımı ve aprel döyüşləri... Qafqaz sıralı dağlarının göz bəbəyi, su sonası, nazlı gəlini can Azərbaycanımın göz yaşı Xəzər dənizi kimidir bu aylarda. Xain qonşumuzun namərd gülləsinə, amansız xəncərinə tuş gəlib ürəyi.. Məhz bu hüzünlü günlərdə 1992 ci il 26 fevral Xocalı soyqırımında onlarca həmvətənlərinin düşmən əlinı keçməsinin qarşısını alan, torpaq uğrunda mərdliklə vuruşan və sonda erməni zülmünə məruz qalaraq şəhid olan Ələsgər Novruzovun torpağa tapşırıldığı gün yəni 30 mart tarixində onun əziz xatirəsinə həsr olunmuş sənədli filmin təqdimatı oldu. Anım tədbiri Azərbaycan Dillər Universitetində tələbələr, milli qəhrəmanın ailə üzvləri və yaxınları və təşəbbüskarların dəvətliləri arasında keçirildi. Filmdə Xocalıda xain qonşumuz ermənilərin törətdiyi amansizliqlar, günahsiz və əliyalin insanlara qarşı dəhşətli zorakılıqlar və qəhrəman döyüşçümüzün fədakarlığı əks olunmuşdu. Bu dəhşətli səhnələr əsrin əvvəlində erməni vəhşilyinin, məkrli cəllad xislətinin əsrin sonlarında da dəyişmədiyini faktlar və dəlililərlə ortaya qoydu. Filmi tamaşaçılar göz yaşları ilə seyr etdilər. Filmin göstərisindən sonra filmin təqdimatçısı və tədbirin keçirilməsində əməyi keçən Yeni Həyat. İB nin sədri Nailə İsmayılova çıxış edərək filmin rejissor və ssenaristi Emil Lətifov və rejissor assissenti Məhəmməd Baxışa söz verdi. Sonra şəhidin xanımı, yaxın dostu və iştirakçılar da fikir bildirərək filmin ərsəyə gəlməsində rolu olanlara və sponsor dəstəyi olan Azərbaycan Gənclər fonduna Saf su həyat naminə təşkilatına dərin minnəttarlığını bildirdi. Sonda xatirə şəkli çəkildi.

Məleykə Aslanzadə

Şərhlər