Şahin Mustafayev: “Diqlas” ticarət mərkəzində yanmamış anbarların açılmasına başlanılıb"

08.04.2019 12:47     Sosreaksiya     973

“Diqlas” ticarət mərkəzində sahibkarların iştirakı ilə yanmamış anbarların açılmasına başlanılıb”.

"Report"un məlumatına görə, bu barədə AzTV-də yayımlanan "Günün nəbzi" verilişinə müsahibəsində Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.

Ş.Mustafayev deyib ki, bu prosesə dünəndən etibarən başlanıldı: “Təhlükəsizlik qaydalarına riayət olunması üçün anbarlar açılmırdı. Binanın uçması ilə bağlı ehtimallar var idi. Hazırda sahibkarlar orada olan mallarına baxış keçirirlər. Yararlı olan malları götürüb yeni mağazalara aparırlar”.

Qeyd edək ki, Nizami rayonu, Qara Qarayev küçəsi, 81Q ünvanında yerləşən ticarət mərkəzində fəaliyyət göstərən və 2019-cu il martın 26-da həmin ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3 milyon manat ayrılıb. İqtisadiyyat Nazirliyi tərəfindən ticarət mərkəzləri ilə aparılmış danışıqların nəticəsində əldə olunmuş razılaşmaya əsasən, ticarət mərkəzində baş vermiş yanğında zərər çəkən sahibkarlara 5 ay icarə haqqı ödənilməmək şərti ilə 8 ticarət mərkəzi təklif olunub.

Reaksiya.az

Şərhlər