AGİH İstanbulda 31 Mart soyqırımını andı
08.04.2019 15:06 Sosreaksiya 962
Türkiyənin İstanbul şəhərində Azərbaycan Gənclərinin İstanbul Hərakatının (AGİH) və İstanbul Medipol Üniversiteti Türk Dünyası Araşdımaları klubunun birgə təşkilatçılığı ilə 31 Mart Soyqırımına həsr olunmuş "Azərbaycan Qanayan Yara" adlı tədbir keçirilib.
Tədbirdə Azərbaycan Himni və İstiqlal Marşı səsləndikdən sonra şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib və 31 Mart Soyqırımını əks etdirən video çarx nümayiş olunub.
Daha sonra erməni terrorizmi haqqında çıxışlar olub. Çıxış edənlər arasında İstanbul Aydın Üniversitetinin İctimai Elmlər İnstitunun müdürü Prof.Dr. Raqip Kutay Karaca beynəlxalq təşkilatların erməni məsələsinə yanaşmasından və bu təşkilatların verdiyi qərarların icra olunmamasından, politoloq Ramiyə Məmmədova Ermənistanın ideoloji politikasından, Sağlıq Elmləri Universitetinin Azerbaycanlı Tələbələr Birliyinin rəhbəri Xəzər Döş ermənilərin Türkiyədə və Azərbaycanda törətdiyi soyqırımlardan, Gənc şair, Azərbaycan Gənclərinin İstanbul Hərakatının İdare Heyətinin üzvü Qabil Ədalət Dağlıq Qarabağda məhv edilmiş tarixi abidələrimizdən və AGİH-in rəhbəri Rəşad Rza Azərbayacana qarşı yönəlmiş Erməni Terrorizimindən bəhs etdilər.
Anım mərasimində ictimai təşkilatların nümayəndələri, tanınmış ziyalılar, elm xadimləri, yazıçılar, mətbuat nümayəndələri, AGİH-in fəalları və tələbələr iştirak etmişdir.
Tədbirin sonunda 31 Mart Soyqrımını əks etdirən foto şəkillər sərgilənib.
Reaksiya.az
Şərhlər