BMT-nin sülhməramlıları cinsi zorakılıqda ittiham olunur

12.08.2015 09:29     Sosreaksiya     1818

Vaxtaşırı olaraq, dünyanın müxtəlif yerlərində zorakılıq ittihamları ilə üzləşən BMT sülhməramlıları ilə bağlı növbəti qalmaqal Mərkəzi Afrika Respublikasında yaşanıb.

Reaksiya.az xəbər verir ki, “Amnesty İnternational” 12 yaşlı qızın “mavi beretli”lər tərəfindən cinsi zorakılığa məruz qaldığını açıqlayıb. Həmçinin təşkilat nümayəndələri daha bir insidentin də baş verdiyini qeyd ediblər.

Məlumata görə, sülhməramlılar 16 yaşlı gənci və onun atasını öldürüblər.

Hər iki insidentin MAR-ın paytaxtı Banqidə baş verdiyi deyilir. BMT baş katibinin nümayəndəsi Stefan Dyujarrik bildirib ki, bu məlumatlardan xəbərdardırlar:

“Baş katib məlumatlıdır və çox məyus olub. Biz bu ittihamları diqqətlə araşdıracaq və tədbir görəcəyik”.

Onun sözlərinə görə, MAR-dakı BMT missiyasına bu məsələni araşdırmaq tapşırılıb: “Biz sülhməramlılarla birbaşa əlaqədə deyilik. Əgər bu cinayət hərb personal tərəfindən yerinə yetirilibsə, həmin adam öz ölkəsinə göndəriləcək və inanırıq ki, orda məsuliyyətə cəlb olunacaq”.

Şərhlər

Çox oxunanlar