Beş nazirliyin yol verdiyi qanun pozuntularının üstü açıldı
19.04.2019 16:06 Sosreaksiya 849
Hesablama Palatası ötən il həyata keçirdiyi nəzarət tədbirləri nəticəsində nöqsan aşkar olunan nazirlikləri və onların yol verdikləri nöqsanların mahiyyətini açıqlayıb.
Palatanın hesabatına əsasən, nöqsanlar Səhiyyə, Kənd Təsərrüfatı, Gənclər və İdman, Xarici İşlər və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərində qeydə alınıb.
Məlumatlara əsasən, 2018-ci ildə büdcə qanunvericiliyini Kənd Təsərrüfatı Nazirliyi üç, Gənclər və İdman Nazirliyi iki, Xarici İşlər Nazirliyi dörd, Əhalinin Sosial Müdafiəsi Nazirliyi üç dəfə pozub.
Əsaslı qoyuluşlar üzrə Səhiyyə Nazirliyində üç, Gənclər və İdman Nazirliyində üç, Əhalinin Sosial Müdafiəsi Nazirliyində üç nöqsan qeydə alınıb.
Ötən il dövlət satınalmaları ilə bağlı Səhiyyə Nazirliyi dörd, Kənd Təsərrüfatı Nazirliyi üç, Gənclər və İdman Nazirliyi dörd, Xarici İşlər Nazirliyi iki nöqsana yol verib.
Bundan başqa, mühasibat uçotu və hesabatlılıqla bağlı Səhiyyə Nazirliyində üç, Kənd Təsərrüfatı Nazirliyində iki, Gənclər və İdman Nazirliyində üç, Xarici İşlər Nazirliyində isə beş nöqsan qeydə alınıb.
Xarici İşlər Nazirliyində ötən il vergi və gömrük qanunvericiliyinin pozulması üzrə üç nöqsan aşkarlanıb.
Şərhlər