Əli Abbasov səfirlə görüşdü

12.08.2015 09:50     Sosreaksiya     2061

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovİraq səfiri Heydər Şiyə Qubeyşi Əl-Barrak ilə görüşüb.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Reaksiya.az" a bildirilib ki, ölkələr arasında münasibətlərin dinamik inkişafına toxunan Azərbaycan və İraq Hökumətlərarası Birgə Komissiyanın sədri, nazir Əli Abbasov ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində iqtisadi, elmi, texniki və mədəni sahələr kimi rabitə və yüksək texnologiyalar istiqamətinin də prioritet əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Nazir ölkələrimiz arasında bu sahədə yaranan əlaqələrin hazırda yeni müstəviyə qədəm qoyduğunu, aparılan danışıqların məntiqi nəticəsi olaraq, tərəflər arasında yeni əməkdaşlıq istiqamətləri üzrə imkanların daha da gücləndirilməsinə qarşılıqlı marağın olduğunu və  Azərbaycanın bu istiqamətdə İraqla öz təcrübəsini paylaşmağa hazır olduğunu vurğulayıb.

Tərəflər arasında bütün sahələrdə yaxın dostluq münasibətlərinin formalaşdığını qeyd edən səfir Heydər Şiyə hər iki ölkənin tarixi köklərində ümumi cəhətlərin olduğunu bildirib. Nazir Əli Abbasovun həmsədrliyi ilə Bakıda keçirilən Azərbaycan və İraq hökuməti arasında iqtisadi, elmi, texniki və mədəni əməkdaşlıq üzrə birgə komissiyanın ilk iclasının uğurlu nəticələrindən də söz açan diplomat bu görüşün Azərbaycanla İraq arasında gələcək münasibətlərin inkişafına təkan verdiyini qeyd edib.

Görüşdə, həmçinin yeni əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib, maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 
 

Şərhlər

Çox oxunanlar