Ana və uşaq ölümü ciddi problemdir - HƏYƏCAN TƏBİLİ

12.08.2015 10:28     Sosreaksiya     1947

İqtisadi  Təşəbbüslərə Yardım İctimai Birliyi sədri Azər Mehtiyev bildirib ki, UNİCEF-in son aşıqlamasına əsasən, 2007-ci ildə Azərbaycanda uşaq ölümü göstəricisi beş yaşına çatmamış uşaqlar arasında hər 1000 diri doğulmuş uşağa 39 olub. 1 yaşadək körpələr arasında ölüm səviyyəsi 2007-ci ildə hər 1000 diri doğulmuş uşağa 34 təşkil edib.
Rəsmi məlumatlara görə, 2008-ci ildə uşaq ölümü göstərici 12,0 promilli olubsa, 2009-cu ildə bu göstərici 11,4-də enib. Ana ölümü əmsalı isə (100 min diri doğulana) müvafiq olaraq 26,1-dən 24,3-ə düşüb.

Ən son ölüm hadisəsi avqustun 7-də Bakının Qaradağ rayonundakı 4 saylı Doğum Evində qeydə alınıb.

Qaradağ rayon sakini, 1993-cü il təvəllüdlü Alışanova Mehriban İlqar qızı doğuş zamanı dünyasını dəyişib.

Bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Reaksiya”ya açıqlama verib.

O, məsələnin müxtəlif səbəblərdən baş verə biləcəyini qeyd edib:

“Ana və uşaq ölümü ciddi problemdir və artıq bu il ərzində neçənci haldır ki, bütün ictimaiyyətin diqqətini bu məsələyə yönəldir. Cəmiyyətdə daha çox həkim məsuliyyətsizliyi və o cümlədən, korrupsiyanın təsiri göstərilir. Etiraf etmək lazımdır ki, bu hallar var və bəzi hallarda həkimlər doğuş üçün ödənişi almayınca hamilə anaya yaxınlasmır, bu da vəziyyəti ağırlaşdıraraq ciddi fəsadlar törədir”.

M. Zeynalova ölüm səbəblərindən birinin də qadınların səhlənkarlığı ucbatından olduğunu bildirib:

“Hamiləliyin ilk dövründən qeydiyyata düşməmək və ya mütəmadi tibbi nəzarətdən keçməmək ölümlə nəticələnir. Köhnə fikirli insanlar israrla gənc analara bizim vaxtımızda heç belə şey yox idi və uşaqlarımızda çox sağlam idi deyərək nəzarətdən kənarda qoyurlar. Lakin onlar unudur ki, müasir dövrdə bizə bəlli olan ve olmayan bir çox ekoloji ve qida problemləri var ki, hamiləlik dövründə daha da aktivləşir”.

O, qeyd edib ki, şəxslərin öz hüquqlarını bilməməsi əsas səbəblərdən birirdir:

“Ölüm halları ilə bağlı məhkəmə müraciətləri demək olar ki, yoxdur. Əgər şəxs baş vermiş hadisə ilə bağlı məhkəməyə həm tibb müəssisəsini, həm də həkimi versə, bu iddia ərizəsində ona dəyən mənəvi kompensasiyanı tələb etsə,  inanıram ki, bu çox ciddi dəyişikliyə gətirib çıxarar”.

M. Zeynalova iqtisadi amilin də səbəblərdən biri olduğunu vurğulayıb.

Şərhlər

Çox oxunanlar