Lənkəranskinin adamları Quliyə qarşı birləşir - Yeni müharibə
07.05.2019 13:49 Sosreaksiya 945
Azərbaycanlı qanuni oğrular arasında yeni müharibə başlayır.
Reaksiya.az Lent.az-a istinadən xəbər verir ki, kriminal aləmin generalı kimi təqdim olunan “Lotu Quli” ləqəbli Nadir Səlifova qarşı digər azərbaycanlı qanuni oğrular birləşir. Birləşməyə Rafiq Eyvazov (Rafiq Masallinski), Cavid Məmmədov (Dato Ağcabədinski), Emin Əhmədov (Emin Hacıqabulinski), Ceyhun Əsgərov (Ceyhun Gəncinski), Zaur Şipilov (Zaur Naxçıvanski) və Əli Heydərov ( Albert Gəncinski) daxil olub.
Bu qrupun məqsədi Lotu Qulinin təkcə Rusiyadakı obyektlərinə sahiblənmək deyil, ümumiyyətlə onun mövqeyini zəiflətməkdir.
Lotu Quliyə müxalif olan bu qrupun rəhbərliyində 34 yaşlı Cavid Məmmədov (Dato Ağcabədinski) durur. Gənc olmasına baxmayaraq, Cavid Məmmədov hazırda Quliyə meydan oxuyur. Ona kriminal aləmdə böyük nüfuza malik yunan oğrular dəstək verirlər.
Mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxınları da Nadir Səlifova müxalif olanlara dəstək verirlər.
Yeni ittifaqın maliyyələşməsinə Rövşən Lənkəranskinin yaxınları kömək edir. Çünki onlar Rövşən Canıyevin qətlə yetirilməsində Nadir Səlilovun əlinin olduğunu güman edirlər.
Rövşən Canıyevin ən yaxın adamları Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski), Ülfət Tağıyev (Rufo Gəncinski) həbsdə olduqları üçün bütün dəstəklərini “Dato”nun rəhbərliyində olan qrupa verirlər. Ona görə Zaur Naxçıvanski “Rövşənçilər” tərəfindən bu qrupa daxil edilib.
İddia edilir ki, bu münaqişə söz-söhbətlə bitməyəcək, tərəflər daha qətiyyətli hərəkətlərə keçəcəklər.
Şərhlər