Müharibə veteranı qadınları Dövlət Komitəsinin sədri ilə görüşüb - FOTOLAR

09.05.2019 15:13     Sosreaksiya     1011

Müharibə veteranı olan qadınlar hər zaman Azərbaycan dövlətinin diqqətindədir. Ölkəmizdə veteranlara böyük hörmət göstərilir. Ulu öndər Heydər Əliyev daim müharibə veteranlarına xüsusi diqqət və qayğı ilə yanaşıb, onların problemləri ilə yaxından maraqlanıb. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi mühüm əhəmiyyətli tədbirlər hesabına müharibə veteranlarının sosial müdafiəsi daha da yaxşılaşır.

"Müharibə Veteranı Qadınlarına Sosial Yardım" ictimai birliyindən Reaksiya.az-a verilən məlumata görə bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin üzvləri ilə görüşdə deyib.

Komitə sədri qeyd edib ki, veteranlara, əlillərə qayğı hər zaman dövlətimizin diqqət mərkəzində olub. Bu məsələyə indi də xüsusi diqqət yetirilir. Bu istiqamətdə silsilə addımların atılması bir daha onu göstərir ki, dövlətimizin başçısının yürütdüyü sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Dövlət veteranların sosial təminatına başlıca məsələ kimi yanaşır, onların rifahının yaxşılaşması üçün ardıcıl tədbirlər həyata keçirir. Dövlətimizin başçısının imzaladığı son sərəncamlar da müharibə veteranlarına və əlillərinə qayğının təzahürüdür. Ümumiyyətlə, dövlətimizin çoxsaylı sosialyönümlü layihələri, qəbul olunan yeni qərarlar bu istiqamətdə atılan addımların davamlı olduğunu göstərir.

İctimai Birliyin sədri Radə Abbas Azərbaycanda veteranlara göstərilən yüksək diqqət və qayğının digər dövlətlərə nümunə olduğunu deyib. Qeyd edilib ki, veteran ailələrinə dövlət tərəfindən mütəmadi yardımlar edilir. Ölkəmizin hər yerində veteranlar üçün yüksək şərait yaradılıb. Buna görə dövlətimizin başçısına minnətdarlığını bildirən R.Abbas bütün bunların veteranlara dövlət qayğısının bariz nümunəsi olduğunu deyib.

Reaksiya.az

Şərhlər