İnformasiya müharibəsində ölkəmiz adına düzgün fəaliyyət aparılmalıdır
17.05.2019 18:08 Sosreaksiya 1016
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019– cu il üçün elan etdiyi I qrant müsabiqəsində “"Virtual mübarizə" mövzusunda tədbirlərin təşkili layihəsi ilə qalib olan “Beynəlxalq İnformasiya və Regional Araşdırmalar” ictimai birliyi (BİRA) layihənin icrası ilə bağlı 17 may 2019 - cu il tarixində Bakı İdarəetmə və Texnologiya kollecində “Virtual mübarizə” adlı tədbir keçirib.
İnternet informasiya resurslarında və sosial şəbəkələrdə Azərbaycana qarşı aparılan informasiya müharibəsi, bu cür səylərə qarşı maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, Azərbaycanın gəncliyinin informasiya müharibəsində iştirakında aktivliyini təmin etmək üçün bu gün təşkil olunan ‘’ Virtual mübarizə’’ adlı silsilə tədbirlər bugünkü günümüzdə olduqca əhəmiyyətlidir. Müasir dünyada informasiya mübadiləsi yüksək effektli əməkdaşlığa imkan yaradır.
Bugünkü günümüzdə informasiyanın gücü, ən yüksək texnologiyalarla hazırlanmış müasir silahlardan da güclüdür. İnformasiya müharibəsində cəmiyyətin maarifləndirilməsini vacib amillərdəndir. Bu gün gənclər informasiya müharibəsi haqqında az məlumatlıdır, yaxud da yanlış məlumatlıdırlar. Ermənistan 100 il öncə informasiya müharibəsinə başladığı üçün bu gün dünyada bizdən çox öndədir. Bu gün istər internet məkanında, istərsə də real həyatda düşmənin informasiya müharibəsindəki sistemli fəaliyyəti bizim üçün yüz illər sonranın məğlubiyyətini hazırlayır... Bu üzdən də indidən gənclər arasında informasiya müharibəsi sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi çox önəmlidir.
Dünyanın kiçik bir smartfon telefona sığdıgını düşünsək sosial şəbəkələrdən istifadə edən gənclərimiz bu yöndə diqqətli olmalı, ölkəmizin nüfuzuna xələl gətirəcək hər hansı bir məlumatı yaymaqla düşmənə köməklik etdiklərini bilməlidirlər.
Gənclərimiz bu yöndə daha aktiv olmalı informasiya savaşında ölkəmiz adına düzgün təbliğat aparmaqda maraqı olmalıdırlar.
Şərhlər