Tuncəlidə polisə bombalı avtomobillə hücum
12.08.2015 11:35 Sosreaksiya 1747

Tuncəlidə xüsusi təyinatlı polis idarələrinə məxsus maşının keçidi zamanı bomba yüklü avtomobil partladılıb.
Hücumda 1 polis məmuru yaralanıb. Tuncəlinin Ovacıq rayonunda xüsusi təyinatlı polis işçilərinə məxsus avtomobilə bombalı hücum təşkil olunub.
Xüsusi təyinatlı texnikanın keçidi zamanı bomba yüklü avtomobil partladılıb.
Hücumda 1 xüsusi təyinatlı polis yaralanıb. Polis məmurunun vəziyyətinin ciddiliyini qoruduğu öyrənilib. Hücumun ardından bölgədə təhlükəsizlik tədbirləri alınıb.
Şərhlər