Ermənilər Kəlbəcərin kəndində kurort zonası açdı

03.06.2019 13:34     Sosreaksiya     807

Nə olsun, bizdə Qəbələdəki, Qubadakı, belə lap xaricdəki daha müasir, super bahalı kurortlarda kef edirik... 
 

 

 

İyunun 2-də Xankəndindəki separatçı-terrorçu rejimin başçısı Bako Saakyan Azərbaycanın  27-ci ildir işğal altında qalan Kəlbəcər rayonu ərazisində istirahət zonasının açılış mərasimində iştirak edib.
 
Moderator.az xəbər verir ki, bu haqda separatçı erməni nəşrləri məlumat yayıb.  “Ari Rezort” adlı kurort zonası  Kəlbəcərin “Nor Qetaşen”(“Yeni Çaykənd”) adlandırılmış kəndlərindən  birində  təşkil edilib. B.Saakyan açılış mərasimindəki çıxışında bu kompleksin  rejim ərazisində turizmin inkişafı üçün böyük stimul yaratdığını vurğulayıb.
 
P.S. Heç kefimizi pozmayaq. Nə olsun, bizdə Qəbələdəki, Qubadakı, belə lap xaricdəki  super bahalı, Qarabağdakılarından qat-qat müasir kurortlarda kef edirik...

 

Şərhlər