Daha bir mədən qəzası baş verdi - VİDEO

12.08.2015 12:07     Sosreaksiya     1802

Çinin mərkəzindəki Şensi əyalətinin Şanlo şəhərində yerləşən mədən ərazisində sürüşmə baş verib.
 
Xəsarət almış insanların dəqiq sayı hələlik məlum deyil.
 
"Reaksiya.az" xəbər verir ki, hadisə nəticəsində 40 nəfər dağıntılar altında qalıb.

Təbii fəlakət gecə saatlarında baş verib. Müəssisənin ərazisində yerləşən 18 tikili, o cümlədən fəhlələr üçün nəzərdə tutulmuş yataqxanalar torpaq altında qalıb.

Hadisə yerində axtarış-xilasetmə işləri aparılır, əməliyyata yanğınsöndürənlər və polis əməkdaşları cəlb edilib.

Təbii fəlakət nəticəsində xəsarət almış insanların dəqiq sayı hələlik məlum deyil.





 

Şərhlər

Çox oxunanlar